İspaniyada oynayan azərbaycanlı futbolçu Orxan Əliyev klubunu dəyişib.
Sportal.az saytına daxil olan məlumata görə, 2004-cü il təvəllüdlü futbolçu "Damm"dan ayrılıb.
Yarımmüdafiəçi "Unio Yabas Terrassa" klubu ilə anlaşıb.
Bir müddətdir ki, zədəli olan futbolçu artıq müalicəsini başa vurub və İspaniyaya qayıdıb.
10 yaşından “Marset” akademiyasında futbolun sirrlərini öyrənməyə başlamış Əliyev İspaniyada “Kornie”, “Hospitalite” klublarında oynayıb.
saytlarin hazirlanmasi