"Mahirin "Dinamo"dakı qollarının davamı gələcək"

13:28 - 11 Aprel 2022

"Mahir Emrelinin özünü göstərməsi üçün zamana ehtiyacı olduğunu bildirmişdim. "Riyeka" ilə matçda baxımlı qol vurdu, yaxşı da futbol oynadı".

Bu sözləri Sportal.az saytına açıqlamasında Marko Şarliya bildirib.

Vaxtilə "Bakı"nın qapısını qorumuş veteran qolkiper hazırda "Dinamo"da əvəzedici heyətdə qapıçılar üzrə məşqçi işləyir. Şarliya Mahirin Zaqreb klubundakı çıxışını dəyərləndirib:

"Mahir meydana çıxdığı ilk oyundan özünü yaxşı tərəfdən göstərir. Bundan əvvəl də qol epizodları var idi. İki dəfə qapı tiri qola imkan verməmişdi. Amma nəhayət ki, o, qolunu vurdu. Onun vurduğu qoldan sonra "Dinamo" qələbəyə yaxınlaşdı. Fikrimcə, bundan sonra Mahirin "Dinamo"dakı qollarının davamı gələcək".

Xəbər xətti