"Qırmızı vərəqə alandan sonra çox düşünürsən, bu, mənə lazım idi?"

14:13 - 11 Aprel 2022

"Keşlə"nin qolkiperi Kamal Bayramov Sportal.az saytına açıqlama verib.

O, AFFA İntizam Komitəsinin onun haqqında "Qəbələ" ilə oyundan sonra çıxardığı "Keşlə" klubunun 85 nömrəli futbolçusu Kamal Bayramov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşarkən hakimlər briqadasını təhqir etdiyi üçün 3  oyun şərti olmaqla 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur. Sınaq müddəti 3 ay təyin edilir" qərarı ilə bağlı bunları deyib:

"Qırmızı vərəqə alandan sonra çox düşünürsən, bu, mənə lazım idi? Karyeramda ikinci qırmızı vərəqə idi. Mən hər dəqiqə qırmızı vərəqə almamışam. Yaxşı hazırlaşmışdıq, aqressiya var idi, qələbədən başqa bir nəticə istəmirdik. Komanda yoldaşıma verilən vərəqə biraz gərginlik yaratdı. Oyun içində belə hallar olur. Təəssüf edirəm ki, bu həftə Şamaxıdakı oyunda ola bilmədim. 4 oyun, 3 şərtli oldu. Yenə də cəza kəsən şəxslərə minnətdaram. İstəsələr 4 oyunu bütöv də verə bilərdilər. Yəqin ki, belə hallar etmədiyimi nəzərə alıblar. Sağolsunlar. Sevinirəm ki, komandamın ehtiyacı olanda kömək edə biləcəm. Hakimlə bağlı isə heç bir kəlmə danışmayacam".

Xəbər xətti