Azərbaycan millisinin qapıçısı Emil Balayev hələ də "Turan"ın heyətində debüt etməyib.
Sportal.az xəbər verir ki, Balayev 5-ci turda "Turan"ın "Kızıl-Jar"a qarşı keçirdiyi görüş üçün də sifariş ərizəsinə daxil edilməyib.
Aldığımız məlumata görə, məşqçilər korpusu zədədən yeni qayıdan, cəmir bir həftədir ki, məşqlərə qoşulan 28 yaşlı qapıçını riskə atmaq istəməyib. Məhz buna görə də onun adı sifariş ərizəsinə daxil edilməyib.
Balayevin adının növbəti turda sifariş ərizəsinə daxil ediləcəyi ehtimal olunur. Onun komandası çempionatın 6-cı turunda “Ordabası” ilə qarşılaşacaq. “Turan” hazırda Qazaxıstan çempionatında 2 xalla turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi