Asiya klubunda çempion olan forvard: "Azərbaycana qayıtmaq haqda düşünmürəm"

14:00 - 12 Aprel 2022

"Maçindra"nın heyətində Nepalda çempionluq yaşayan Nurlan Novruzovun karyerasına harada davam edəcəyi hələ ki, dəqiqləşməyib.

Sportal.az saytına açıqlama verən forvard adının "Xan Lənkəran"la hallanmasına münasibət bildirib. O, Asiyada qalmaq niyyətində olduğunu bildirib:

"Böyük ehtimalla bu ayın sonunda vətənə qayıtdım. Təkliflər var, menecerim bu barədə danışıq aparır klublarla. Asiya bölgəsindən bir neçə təkliflərim var.

"Xan Lənkəran"a keçəcəyimlə bağlı xəbərlər doğru deyil. Çünki mən bu klubla danışıq aparmamışam. Oradakı baş məşqçi işləyən İbrahim Uzunca ilə "Bakı"da çalışmışıq. Onunla ara-sıra danışırıq. Klub Premyer Liqada oynayacaqları təqdirdə, təbii ki, bu, baş verə bilər. Amma indi mən Asiyada karyeramı davam etdirirəm və fikrim yalnız buralarda oynamaqdı. Azərbaycana qayıtmaq haqda isə indi düşünmürəm".

Xəbər xətti