Azərbaycan millisinin üzvü Superliqada debüt edə bilməyəcək?

12:08 - 13 Aprel 2022

Rusiyanın "Torpedo" klubu martın 25-də müqavilə imzaladığı Azərbaycan millisinin qolkiperi Rövşən Hüseynlini sifariş edə bilmir.

Sportal.az saytının məlumatına görə, futzal üzrə millimizin üzvü müqavilə imzaladığı vaxtdan bu yana Rusiya klubu ilə məşq etsə də, hələ ki, Superliqa matçlarında meydana çıxmayıb. Buna səbəb klubunun onun sənəd məsələlərini qaydasına qoya bilməməsi idi. Məlumata görə, artıq problem yoluna qoyulub və həftənin sonuna kimi klubu Hüseynlini sifariş edəcək.

Hazırda onun komandası liderdən 15 xal geri qalaraq çempionatda ikincidi.

Xəbər xətti