"Zirə"nin heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisinin müdafiəçisi Rahil Məmmədov sıradan çıxıb.
Klubun mətbuat xidmətindən verilən məlumata görə, bud nahiyəsindən zədə alan 26 yaşlı müdafiəçi 4 həftə yaşıl meydanlardan kənar qalacaq. Bu isə onun mövsümün qalan hissəsində oynamayacağı deməkdir.
Qeyd edək ki, "Zirə" Rahil Məmmədovu qış fasiləsində "Qarabağ"dan mövsümün sonuna kimi icarəyə götürüb.
saytlarin hazirlanmasi