"Real" və PSJ-nin transfer savaşı

00:35 - 28 May 2022

"Real" və PSJ  "Milan"ın hücumçusu Rafael Leaonu transfer etmək istəyir.

Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, adıçəkilən klublar 22 yaşlı hücumçunu yayda heyətinə qatmaq istəyir. "Milan" rəhbərliyi transfer qiyməti 150 milyon avro olan hücumçunu buraxmaq istəmir.

"Rossonyeri"lərin heyətində ölkə çempionu olan portuqaliyalı oyunçu bu mövsüm bütün turnirlərdə 42 oyunda 14 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti