"Səbail"in yeni transferi Ağabala Ramazanov açıqlama verib.
Sportal.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan hücumçu bunları deyib:
"Səbail"ə qayıtdığım üçün çox şadam. Burada xoşbəxt günlərim olub və birlikdə gözəl qələbələr qazanmışıq. Azarkeşlər ilə də münasibətim hər zaman əla olub.
Qarşıda bizi maraqlı turnir gözləyir. Fikrimcə, 10 komanda ilə yarış daha gərgin və rəqabətli olacaq. Mövsümün başlamağını səbirsizliklə gözləyirəm"