"Səbail" müdafiəçi ilə 2 illik müqavilə imzaladı

16:15 - 8 İyun 2022

"Səbail" futbolçusu Turan Manafovla müqaviləni yeniləyib. 

 

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı müdafiəçi ilə 2024-cü ilin yayınadək yeni müqavilə imzalanıb. 

 

Qeyd edək ki, Turan 2019-cu ildən "Səbail"də oynayır. 

Xəbər xətti