"Zirə"də 5 yeni müqavilə

17:42 - 11 İyun 2022

"Zirə" klubu 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb.

 

Sportal.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Qismət Alıyev və İlkin Muradovla 2, Ruslan Abışov və Anar Nəzirovla isə 1 illik yeni sözləşmə imzalanıb.

 

Bundan əlavə, "Qarabağ"dan icarəyə götürülmüş Hacıağa Hacılının icarə müqaviləsi növbəti mövsümün sonuna qədər artırılıb.

Xəbər xətti