"Səbail" Gürcüstana gedəcək

19:33 - 17 İyun 2022

"Səbail"in yeni mövsüm üçün hazırlıq planı məlum olub.


Sportal.az xəbər verir ki, "dənizçilər" 20 iyun tarixində Bakıda bir araya gələcək. Paytaxt təmsilçisi 19 iyuladək nəzərdə tutulan toplanış çərçivəsində üç yoxlama oyunu keçirməyi planlaşdırıb.


"Səbail" toplanışın ikinci hissəsini ölkə xaricində keçəcək. Mahmud Qurbanovun rəhbərlik etdiyi kollektiv Gürcüstana yollanacaq. Komanda qonşu ölkədə də üç hazırlıq matçı keçirəcək. Rəqiblər hələ ki, məlum deyil.

Xəbər xətti