"Zirə" millimizin üzvünü transfer etdi

19:55 - 17 İyun 2022

"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib. 

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, komanda  Rəhim Sadıxovla anlaşıb. Yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. 

 

Qeyd edək ki, Azərbaycan milli komandasının da üzvü olan 25 yaşlı futbolçu daha əvvəl Rusiyanın "Solyaris"(Moskva), "Torpedo"(Moskva), ölkəmizdə isə "Sumqayıt"da çıxış edib.

 

Xatırladaq ki, "Zirə" bundan əvvəl  Slavik Alxasov və Mirsayib Abbasovu transfer edib.

Xəbər xətti