"Səbail" uqandalı futbolçu transfer etdi

18:40 - 21 İyun 2022

"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki. "dənizçilər" Luvaqa Kizito ilə müqavilə imzalayıb. Uqandalı vingerlə sözləşmənin müddəti 1 ildir.

 

Qeyd edək ki, afrikalı futbolçu ötən mövsümü İsrailin "Hapoel" (Nof-Ha-Qalil) komandasında keçirib.

Xəbər xətti