"Zirə" Türkiyəyə getdi

17:50 - 24 İyun 2022

İyunun 13-dən təlim-məşq toplanışına start verən "Zirə" hazırlığın ikinci mərhələsi üçün Türkiyəyə yola düşüb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda bu gün Boluya yollanıb. "Vonresort" otelində məskunlaşacaq qəsəbə klubu qonşu ölkədə iki yoxlama oyunu keçirəcək. Rəqiblərdən biri Rumıniyanın "Hermannştadt" klubu olacaq, digəri hələlik bəlli deyil.

İyulun 7-də Bakıya dönəcək "Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Təl-Əviv "Makkabi"si ilə oyunlara son hazırlıq mərhələsini burada keçirəcək.

Xəbər xətti