"Kəpəz"in idman direktoru kollektivə təqdim olundu

Bu gün "Kəpəz"in əsas komandasının məşqindən öncə klubun idman direktoru təyin olunan Mehman Allahverdiyev kollektivə təqdim edilib.

 

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "sarı-göylər"in icraçı direktoru İlqar Nadiri və baş məşqçi Yaşar Vahabzadə Mehman Allahverdiyevi təbrik edərək ona uğurlar arzulayıblar. Bu təyinatın komandaya uğur gətirəcəyinə inandıqlarını bildiriblər. 

 

Mehman Allahverdiyev etimada görə klub rəhbərliyinə təşəkkür edib. "Kəpəz"in uğur qazanması üçün əlindən gələni edəcəyini bildirib.

Tarix: 24 İyun [20:13]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
9 Avqust 2022
8  Avqust 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio