"Sumqayıt"ın İdman direktoru Zamiq Hüseynovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Sportal.az xəbər verir ki, bu barədə klubun mətubat xidməti məlumat yayıb,
Daha öncə PFL-in Yarışların Təşkili və Keçirilməsi Departamentinin rəhbəri olan Zamiq Hüseynov 2018-ci ildən "Sumqayıt"ın idman direktoru kimi çalışdığı dövrdə komanda 2 dəfə avrokuboklara vəsiqə qazanıb, 2 dəfə Azərbaycan Kubokunun finalçısı olub, 1 dəfə isə Premyer Liqanın bürünc medallarına yiyələnib.