Argentina millisinin sabiq üzvü Azərbaycan klubunda

18:59 - 4 İyul 2022

Transfer çalışmalarını davam etdirən “Səbail” heyətinə yeni futbolçu qatıb.

 

Sportal.az xəbər verr ki, paytaxt klubu argentinalı müdafiəçi Fakundo Kardozonu heyətinə qatıb. 27 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanacaq. Tərəflər arasında münasibətlər yaxın günlərdə rəsmiləşəcək.

 

Qeyd edək ki, o, müxtəlif illərdə ölkəsinin “Platense”, “Oll Boys”, “Arsenal Sarandi” klublarında oynayıb. Futbolçu Argentina millisinin U-20 millisində çıxış edib.

 

İdmanxeber.az

Xəbər xətti