"Makkabi"nin iki futbolçusu Bakıda oynamayacaq

12:08 - 8 İyul 2022

Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Makkabi" ilk oyuna ciddi itkilərlə çıxacaq.

Sportal.az xəbər verir ki, Təl-Əviv təmsilçisi iki futbolçunun xidmətindən yararlana bilməyəcək. Yarımmüdafiəçi Nir Biton və hücumçu Eran Zahavi Bakıdakı qarşılaşmanı buraxacaq.

 

Yay fasiləsində transfer edilən hər iki oyunçu zədədən sonra bərpa dövrünü keçir. Onlar kollektivdən ayrı fərdi məşqlərlə kifayətlənir.

 

"Zirə"nin “Makkabi” ilə ilk oyunu iyulun 21-də "Dalğa Arena"da olacaq. Cavab matçı iyulun 28-də Təl-Əvivdə baş tutacaq.

Xəbər xətti