"Səbail" "Kəpəz"i məğlub etdi

20:10 - 10 İyul 2022

Yeni mövsümün hazırlığını davam etdirən "Səbail" yoxlama oyununda qüvvəsini sınayıb.

 

Sportal.az xəbər verir ki, Mahmud Qurbanovun rəhbərlik etdiyi kollektiv Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında "Kəpəz"lə qarşılaşıb. Matç paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsiylə başa çatıb.

 

"Səbail"in qollarını Ağabala Ramazanov və Ədilxan Qarəhmədov (2) vurub. "Kəpəz"in heyətində isə Tural Axundov penaltidən fərqlənib.

Xəbər xətti