Rəşad Sadıqov İsrailə getdi - FOTO

22:18 - 14 İyul 2022

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov İsrailə səfər edib.

 

Sportal.az xəbər verir ki, 40 yaşlı mütəxəssis Avropa Konfrans Liqasının II təsnifat mərhələsində komandasının rəqibi olan "Makkabi"nin oyununu izləmək üçün Tel-Əvivə gedib.

 

Sadıqov köməkçisi Eltun Yaqublu ilə birlikdə "Zirə"nin rəqibinin "Toto" kubokunda Netanya "Makkabi"si ilə matçını stadiondan izləyir. O, instaqram hesabında paylaşım edib. 

 

"Zirə"nin "Makkabi"yə qarşı ilk oyunu iyulun 21-i saat 20:00-da "Dalğa Arena"da baş tutacaq. Cavab matçı isə iyulun 28-də Təl-Əvivdəki "Blumfild" stadionunda Bakı vaxtilə 21:30-da oynanılacaq. 

 

Xəbər xətti