Konfrans Liqası ikinci təsnifat mərhələsinin "Zirə" - "Makkabi"(Tel-Əviv) görüşündən əvvəl qonaqların futbolçusu Şeron Yeyini mətbuat konfransında açıqlama verib.
Sportal.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi sabahkı matçla bağlı danışıb:
- İlk matçda hansı nəticə sizi qane edəcək?
- Üçüncü dəfədir ki, Azərbaycandayam. Burada olmaq xoşdu. Yüksək motivasiya ilə gəlmişik. Bura qələbə qazanmaq üçün gəlmişik. Hər oyunda qələbə qazanmaq istəyirik. Sabah əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq.
- Əvvəlki səfərləriniz necə yadda qalıb?
- Hər iki halda yaxşı xatirə qalıb. Burada oynamaq çətin idi. Hər iki matçda heç-heçə əldə etdik. Burada oynamaq hər zaman çətindi.
Mirbağırağa
saytlarin hazirlanmasi