Vladimir İviç: "Fantastik futbol oynamadıq"

22:18 - 21 İyul 2022

"Makkabi" Avropa Konfrans Liqası II təsnifat mərhələsinin ilk oyununda Bakıda "Zirə"ni 3:0 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Tel-Əviv təmsilçisinin baş məşqçisi Vladimir İviç jurnalistlərin suallarını cavablandırıb:

 


- Sizcə, bəxtiniz gətirdi?

- Fantastik futbol oynamadıq. Bura qələbə üçün gəlmişdik, bunu da etdik. Qısa müddətlik hazırlıq olmuşdu. Bu hazırlıq dönəmindən sonra ilk oyunumuz idi. Komandamı, oyunçuları hazırlamaq çətin idi. Hələ ki, yüksək səviyyədə deyilik. Amma komanda kimi yaxşı davrandıq, ciddi oynadıq. Buna görə də nəticəni qazandıq.

 

- Bildirmişdiniz ki, "Zirə"nin kubokun finalındakı oyununu izləmisiniz. Ötənilki "Zirə" ilə indiki arasında hansı fərqləri gördünüz?

- "Zirə" də hazırda öz yüksək səviyyəsində deyil. Çünki mövsümün əvvəlidi və fikricmə, "Zirə"ni indiki ilə müqayisə etmək düzgün deyil. Bunu da etmək istəmirəm. Yaxşı komandadı. Kubokun finalında uduzdular. Özü də "Qarabağ"a penaltilərlə. İlk rəsmi oyundu. Neçə hazırlıq oyunu keçirdiklərini bilmirəm. Əminəm ki, hər növbəti oyunda daha yaxşı olacaqlar. İkinci oyunumuz var. Buna da ciddi hazırlaşmalıyıq. İkinci hissə Tel-Əvivdədi.

 

- Tel-Əvivdə hansısa sürpriz olacaq sizcə? Yoxsa, düşünürsüz ki, cütün taleyi həll olundu?

- Dediyim kimi, bu, hələ ki, birinci oyun idi, ikinci oyun Tel-Əvivdi. Köklənməliyik oyuna. Bir həftəlik hazırlığımız var. Nəticədən asılı olmayraq, futbolda hər şey baş verə bilər. Yaxşı məqamları həmin səviyyədə saxlamalıyıq. Yaxşı olmayanları inkişaf etdirəcəyik. Mövsümün əvvəlidi, hələ ki, missiyamızı tamamlamamışıq. İkinci oyuna maksimum konsentrasiya ilə çıxaraq, yaxşı nəticə qazanmaq istəyirik.

 

- İki dəfə hakimə etiraz etdiniz. Razı qaldınız hakim idarəçiliyindən? 

- Hakim haqda şikayət etmək istəmirəm. Onun performansı ilə bağlı danışmaq istəmirəm.

 

Mirbağırağa

Xəbər xətti