"Viktoriya"nın kapitanı: "Heç-heçəni sərfəli nəticə kimi qəbul edirik"

"Viktoriya"nın kapitanı Lukaş Heyda Çempionlar Liqası pley-off mərhələsinin "Qarabağ"la Bakıda baş tutan ilk oyunu haqda danışıb.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı müdafiəçi 0:0 hesablı heç-heçəni sərfəli nəticə hesab edir:

 

"Birinci hissədə hücuma keçərək, "Qarabağ"ı bir az da qəzəbləndirmək istəyirdik. İlk hissədə şanslarımız oldu, amma fasilədən sonra praktiki olaraq heç nə yaratmadıq. Bununla belə, məsuliyyətlə müdafiə olunduq və 0:0-ı sərfəli nəticə kimi qəbul edirik. Cavab oyununda olmayacağım üçün üzr istəyirəm. Amma inanıram ki, komanda yoldaşlarım bu işin öhdəsindən gələcəklər”.

 

Qeyd edək ki, "Qarabağ"ıa "Viktoriya" arasında cavab matçı 23 avqust tarixində Plzendə baş tutacaq.

Tarix: 18 Avqust [10:59]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 Sentyabr 2022
26  Sentyabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio