"Zirə" yunan müdafiəçi ilə 2 illik müqavilə imzaladı

12:56 - 18 Avqust 2022

"Zirə" Dimitrios Çantakiasla müqavilənin müddətini artırıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu ilə yeni 2 illik sözləşmə imzalanıb. Yunanıstanlı müdafiəçi ilə müqavilənin müddəti 2024-cü ilin may ayının sonuna qədər nəzərdə tutulub.

Çantakias 2020-ci ildən "Zirə"də oynayır. O, son mövsümdə "qartallar"ın heyətində meydana çıxdığı 28 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti