"Zirə" müdafiəçisini itirdi

18:52 - 7 Oktyabr 2022

"Zirə" Azərbaycan Premyer Liqasının IX turunda doğma meydanda  "Şamaxı"nı qəbul edir.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi bu görüşdə ciddi itki ilə üzləşib. 25 yaşlı müdafiəçi Nemanya Ancelkoviç sıradan çıxıb.

 

Serbiyalı oyunçu qarşılaşmanın 57-ci dəqiqəsində zədələnib. Oyunu davam etdirə bilməyən futbolçu Moiz Adileu ilə əvəzlənib.

 

Qeyd edək ki, hazırda ikinci hissəsi davam edən qarşılaşmada hesab açılmayıb.

Xəbər xətti