"Zirə" Azərbaycan Premyer Liqasının 10-cu turunun oyununda səfərdə "Sabah"ın qonağıdır.
Sportal.az xəbər verir ki, "qartallar" bu görüşdə ciddi itki ilə üzləşib. Komandanın yarımmüdafiəçisi Hamidu Keyta sıradan çıxıb.
Fransalı futbolçu matça davam edə bilməyib və meydanı tərk edib. Onun əvəzinə Rüstəm Əhmədzadə oyuna daxil olub.
Qeyd edək ki, hazırda ilk hissəsi davam edən "Sabah" - "Zirə" qarşılaşmasında hesab açılmayıb.
saytlarin hazirlanmasi