Futbol üzrə Azərbaycan I Divizionunda VIII turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, lider "Araz Naxçıvan" səfərdə "Qəbələ-2"nin qonağı olub. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
Xallarını 22-yə yüksəldən "Araz Naxçıvan" liderliyini davam etdirir. "Qəbələ-2" isə 10 xalla 7-ci pillədə qərarlaşıb.
"Qəbələ-2" - "Araz Naxçıvan" 1:1
Qollar: Xəyal Xudaverdiyev, 90+3 - Orxan Əliyev, 70 (pen)
saytlarin hazirlanmasi