Coşqun Diniyevlə bağlı qərara yenidən baxılacaq

20:11 - 26 Oktyabr 2022

Azərbaycan Premyer Liqasının 10-cu turunun "Sabah"la matçında qırmızı vərəqə görən "Zirə"nin futbolçusu Coşqun Diniyevlə bağlı yeni qərar qəbul olunub.

 

Sportal.az xəbər verir ki, İntizam Komitəsinin 27 yaşlı yarımmüdafiəçi ilə bağlı verdiyi qərara yenidən baxılacaq. Bu barədə AFFA-nın saytı məlumat yayıb:

 

AFFA İntizam Komitəsinin İntizam Məcəlləsinin 47.2 və 65.1-ci maddələri üzrə “Zirə” PFK-nın futbolçusu Coşqun Diniyev barəsində 20.10.2022-ci il tarixdə qəbul etdiyi qərarlar yenidən baxılması üçün AFFA İntizam Komitəsinə göndərilsin.

Xəbər xətti