“Mançester Siti”nin sabiq futbolçusu Kolo Ture “Uiqan”ın baş məşqçisi təyin edilib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Çempionşip təmsilçisi afrikalı ilə üç il yarımlıq müqavilə imzalayıb.
Fil Dişi Sahili millisinin veteran futbolçusu daha əvvəl “Lester”də Brendan Rocersin məşqçilər korpusunda yer alıb.