Futbol üzrə Azərbaycan I Divizionunda XII turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, "Kəpəz-2" doğma meydanda "İmişli"ni qəbul edib. Qarşılaşma Gəncə təmsilçisinin 3:0 hesablı qələbəsiylə başa çatıb.
Xallarını 20-yə yüksəldən "Kəpəz-2" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. "İmişli" isə 6 xalla sonuncu yerdədir.
"Kəpəz-2" - "İmişli" 3:0
Qollar: Rauf Əliyev, 21, Cavad Kərimov, 42, Əli Səmədov, 77
saytlarin hazirlanmasi