Mauro İkardinin durumu bəlli oldu

21:57 - 2 Dekabr 2022

Dünən məşq zamanı zədələnən "Qalatasaray"ın hücumçusu Mauro İkardinin durumu bəlli olub.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin mətbuat xidməti 29 yaşlı forvardın vəziyyəti haqda məlumat yayıb. Argentinalı futbolçunun sağ ayaq əzələsində zədə aşkarlanıb.

 

Müalicəsinə başlanılan təcrübəli qolçunun 1 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

 

Qeyd edək ki, "Qalatasaray" Mauro İkardini mövsümün əvvəlində PSJ-dən icarəyə götürüb. Təcrübəli oyunçu "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 6 matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti