UEFA "Qarabağ" haqda paylaşım etdi - FOTO

10:12 - 8 Dekabr 2022

Konfrans Liqasının instaqram hesabında "Qarabağ"la bağlı paylaşım edilib.

Sportal.az xəbər verir ki, postda Ağdam klubunun fotoları paylaşılıb və onların Misli Premyer Liqasındakı məğlubiyyətsizliyi xüsusi vurğulanıb:

"Qarabağ" bu mövsüm yerli çempionatda məğlubedilməzdir. 16 oyun, 14 qələbə və 2 heç-heçə".

Xatırladaq ki, Azərbaycan çempionu Konfrans Liqasının pley-off mərhələsində Belçikanın "Gent" klubu ilə qarşılaşacaq. İlk oyun fevralın 16-da Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Belçikada keçiriləcək.

 

Xəbər xətti