Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Neftçi" ilə ilk oyununda zədələnən "Zirə"nin futbolçusu Filipe Paxtmanın durumu bəlli olub.
Sportal.az xəbər verir ki, braziliyalı hücumçunun əzələsində dartılma aşkarlanıb. 22 yaşlı forvard 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Paxtmanın Azərbaycan Kubokunda "Neftçi" ilə cavab görüşünü, Premyer Liqada isə "Şamaxı" ilə matçı buraxacağı dəqiqdir.
saytlarin hazirlanmasi