Futbol üzrə Azərbaycan I Divizionunda XIV tura start verilib.
Sportal.az xəbər verir ki, bu gün "Şamaxı-2" bu gün doğma meydanda "Sumqayıt-2"ni qəbul edib. Qarşılaşma Şirvan bölgəsi təmsilçisinin 2:1 hesablı qələbəsiylə başa çatıb.
Xallarını 17-yə yüksəldən "Şamaxı-2" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. "Sumqayıt-2" isə 9 xalla sonuncu yerdədir.
"Şamaxı-2" - "Sumqayıt-2" 2:1
Qollar: Abdulla Rzayev, 45, Bəhruz Teymurov, 50 - Cavidan Abbaszadə, 55
saytlarin hazirlanmasi