"Qəbələ" 4 qolla qalib gəldi - VİDEO

17:30 - 12 Dekabr 2022

Futbol üzrə Azərbaycan I Divizionunda XIV tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, "Qəbələ-2" doğma meydanda "Zaqatala"nı qəbul edib. Qarşılaşma "qırmızı-qaralar"ın 4:1 hesablı qələbəsiylə başa çatıb.

 

Xallarını 20-yə yüksəldən "Qəbələ-2" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. "Zaqatala" isə 17 xalla 9-cu yerdədir.

 

"Qəbələ-2" – "Zaqatala" 4:1
Qollar:
Sənan Ağalarov, 44. Fərid İsgəndərov, 51. Rauf Məhərrəmov, 56. Bilal İsmayılov, 80 – Kənan Müslümov, 9.

 

Xəbər xətti