"Qarabağ" "Qəbələ" ilə heç-heçə etdi, "Neftçi" məğlub oldu

17:23 - 16 Dekabr 2022

Bu gün Futbol üzrə Azərbaycan I Divizionunda XV tura start verilib.

Sportal.az xəbər verir ki, turun ilk oyun günündə aşağıdakı nəticələr qeydə alınıb:

Birinci Divizion
XV tur

16 dekabr

Qarabağ-2 – Qəbələ-2 - 1:1

Qollar: Seyxan Fərəcov, 39 – Rauf Məhərrəmov, 42.
Hakimlər: Cavid Cəlilov, Şirmamed Mamedov, Samir Qaracayev, Əkbər Əhmədov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Binə qəsəbə stadionu, 13:30

Neftçi-2 – MOİK - 1:2
Qollar: 
İlham Allahverdiyev, 56 (avtoqol) – İlham Allahverdiyev, 24, 86.
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Zöhrab Abbasov, Emin Əliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Türk Hava Yolları Futbol Mərkəzi (4-cü meydança), 14:00

İmişli – Turan Tovuz-2 - 1:0
Qol: 
Comərd Baxşəliyev, 41 (penalti)
Hakimlər: Səbuhi Bayramov, Tərlan Talıbzadə, Asiman Əzizli, İslam Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Yavər Rəhimov
Saatlı OİK stadionu, 14:00

Xəbər xətti