"Zirə" Rumıniya, Macarıstan və Serbiya klubları ilə qarşılaşacaq

20:51 - 19 Dekabr 2022

"Zirə"nin qış təlim-məşq toplanışının proqramı məlum olub.  

 

Sportal.az xəbər verir ki, Yanvarın 2-də Antalyada bir araya gələcək "Zirə" burada “İC Green Palace” otelində məskunlaşacaq.

 

Paytaxt klubu toplanış müddətində 3 yoxlama oyunu keçirməyi planlaşdırıb. "Qartallar" yanvarın 10-da Rumıniyanın “Çindia”, 17-də isə Macarıstanım “Szeged-Csanad” və Serbiyanın “Radniçki” klubu ilə qarşılaşacaq. 

 

“Zirə” yanvarın 18-də təlim-məşq toplanışını başa vuraraq Bakıya qayıdacaq.

Xəbər xətti