Emil Balayev: "Prius"lardan uzaq durun"

11:53 - 6 Yanvar 2023

Azərbaycan milli komandasının və “Səbail”in qapıçısı Emil Balayev klubun instaqram səhifəsinə müsahibə verib.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı qolkiper motoskilər sürməsindən danışıb və sürücülərə məsləhət verib:

 

“Motosiklet sürməyi sevirəm. Sürənlərə də deyirəm ki, “Prius”lardan uzaq durun (gülür). Həm də yol-hərəkəti qaydalarına əməl etsinlər. Atalar sözümüz var ki, ehtiyat igidin yaraşığıdır. Düzdür, motosikleti idarə etmək təhlükəlidir. Amma düzgün istifadə etsən, müəyyən limitləri aşmasan, o qədər də qorxulu deyil”.

Xəbər xətti