Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Səbail" ilk hazırlıq matçını keçirib.
Sportal.az xəbər verir ki, Şahin Diniyevin rəhbərlik etdiyi kollektiv Polşanın "Legiya" klubu ilə üz-üzə gəlib. Qarşılaşma 2:2 hesablı bərabərliklə yekunlaşıb.
"Səbail"in heyətində Qustavo de Fransa və Mirabdulla Abbasov fərqlənib.
Qeyd edək ki, "Səbail" hazırlıq prosesi zamanı daha 2 yoxlama oyunu keçirəcək. "Dənizçilər" yanvarın 12-də “Bohemians” (Çexiya), 16-da isə “Spartak”la (Serbiya) qarşılaşacaq.
saytlarin hazirlanmasi