"Zirə"nin prezidenti komanda ilə görüşdü

16:44 - 16 Yanvar 2023

“Zirə”nin prezidenti Taleh Nəsibov hazırda Antalyada təlim-məşq toplanışında olan komandanı ziyarət edib.

 

Sportal.az xəbər verir ki, futbolçu və məşqçi heyəti ilə görüşən Taleh bəy onlara inandığını, gələcək oyunlarda uğurlar arzuladığını bildirib və “Zirə”nin Müşahidə Şurasının sədri Orxan Məmmədovun salamını çatdırıb.

 

O, daha sonra komandanın bugünkü məşqini izləyib.

 

Xəbər xətti