"Zirə"nin hücumçusu "Dinamo"dan ayrılma səbəbini açıqladı

17:12 - 27 Yanvar 2023

"Zirə"nin yeni transferi Vladislav Kulaç Ukrayna mətbuatına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı hücumçu Kiyev "Dinamo"sundan ayrılma səbəbi haqda danışıb:

 

"Futbolda bəzən kiməsə lazım olursan, kiməsə də yox. Buna görə "Dinamo"dan ayrılmağa qərar verdim. Uzun müddət idi, oynamırdım, çox çətin idi. Təkliflər var idi və düşünüb razılaşdım".

 

Qeyd edək ki, Vladislav Kulaç "Zirə" ilə 1,5 illik müqavilə imzalayıb.

Xəbər xətti