Qurban Qurbanov: "Gent"lə oyuna hələ tam hazır deyilik"

18:03 - 31 Yanvar 2023

"Futbolçularımı qələbə münasibətilə təbrik edirəm. Vacib üç xal əldə etdik. Bu günləri tam istədiyimiz idman formasında deyilik. İstəyərdim ki, topla daha düzgün rəftar edək. Qarşıdakı oyunlarda bunu daha da yaxşılaşdıracaq. Çox yaxşı təşkilatlanmış komandaya qarşı oynadıq. Keçən ilin sonlarından "Şamaxı" məşqçiləri nə istəyirlərsə, futbolçular bunu dərk etməyə başlayıb. Bu gün də gördük. İntizamlı oynadılar, düşünülmüş hücumlar etdilər. Oyunçularım diqqətli idilər, sadəcə sonlarda diqqətsizlik oldu. Komandama uğurlar arzu edirəm".

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Premyer Liqanın 20-ci turunun "Şamaxı" (3:1) ilə görüşündən sonra danışan təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- "Gent"lə oyuna hazırsız?
Hələ yox. Qarşıda bir neçə oyun var. Tam heyəti müəyyənləşdirəcəyik. Komandanın fiziki və texniki durumunu yaxşılaşdırmağa çalışacağıq. Bu gün tam istədiyim kimi hazır deyillər. 

- Qapıçı transferini fevralın 2-nə qədər yekunlaşdırmaq istədiyinizi demisiz. Niyə məhz fevralın 2-də?
- Fevralın 2-nə qədər UEFA-ya sifariş ərizəsini göndərməliyik. Çünki son günümüz 2-i axşam saatlarındadır. Ona qədər yekunlaşdırmaq istəyirik.

Mirbağırağa

Xəbər xətti