"Zirə" Portuqaliyadan yarımmüdafiəçi gətirir

14:09 - 2 Fevral 2023

"Zirə" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 

Sportal.az xəbər verir ki, qəsəbə təmsilçisi Portuqaliyanın "Pakuş de Ferreyra" klubunun futbolçusu Abbas İbrahimi transfer etməyə yaxındır. Bu barədə "Ojogo" nəşri məlumat yayıb.

 

Nigeriyalı yarımmüdafiəçi Portuqaliya klubunda az oynadığı üçün özü "Zirə"yə keçməkdə maraqlı olub. Klub onun istəyini qəbul edib. 24 yaşlı futbolçunun yaxın vaxtlarda Azərbaycan təmsilçisi ilə müqavilə imzalayacağı bildirilib.

 

Qeyd edək ki, "Pakuş de Ferreyra"nın yetirməsidir. O, cari mövsümdə komandanın heyətində 9 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti