Fəhmin Muradbəylinin yeni klubu bəlli oldu

15:28 - 7 Fevral 2023

Yayda "Neftçi"dən ayrılan Fəhmin Muradbəylinin yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi karyerasını I Divizionda davam etdirəcək. Muradbəyli "Araz Naxçıvan"a keçib. Bu barədə Muxtar Respublika təmsilçisinin mətbuat xidməti məlumat yayıb. U-21 millimizin keçmiş üzvü mövsümün sonuna kimi "Araz Naxçıvan"da çıxış edəcək.

 

Qeyd edək ki, Fəhmin Muradbəyli "Neftçi"nin yetirməsidir. O, son mövsümü icarə əsasında "Şamaxı"nın heyətində keçirib.

Xəbər xətti