"Şamaxı" - "Turan Tovuz" matçında 5 qol - VİDEO

12:16 - 8 Fevral 2023

Futbol üzrə Azərbaycan I Divizionunda XVI turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, "Şamaxı-2" doğma meydanda "Turan Tovuz-2"ni qəbul edib. Qarşılaşma qərb bölgəsi təmsilçisinin 3:2 hesablı qələbəsiylə başa çatıb.

 

Xallarını 31-ə yüksəldən "Turan Tovuz-2" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. "Şamaxı-2" isə 20 xalla 9-cu yerdədir.

 

"Şamaxı-2" - "Turan Tovuz-2" - 2:3
Qollar: 
Qurban Səfərov, 27, Tapdıq Əhmədov, 51 - Nazim Həsənzadə, 70, Akif Tağıyev, 71, Rəşad Əliyev, 82

 

Xəbər xətti