"Səbail"də serbiyalı yarımmüdafiəçi

21:14 - 11 Fevral 2023

"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Uypeşt"dən Matiya Lyuyiçi icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər "Səbail"də forma geyinəcək.

Serbiyalı futbolçu bu sezon "Uypeşt"lə 13 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti