"Zirə" Azərbaycan Premyer Liqasının 22-ci turunda səfərdə "Səbail"in qonağıdır.
Sportal.az xəbər verir ki, matçı izləyənlər arasında "qartallar"ın dünən transfer etdiyi Eldar Quliyev də var. 20 yaşlı yarımmüdafiəçi cəza səbəbindən bu oyunu buraxan Dmitrios Çantakiasla birlikdə "Bayıl Arena"nın tribunasında əyləşib.
Qeyd edək ki, "Zirə" Ukraynanın U-21 millisinin üzvü olan Eldar Quliyevlə 3,5 illik müqavilə imzalayıb.
saytlarin hazirlanmasi