"Səbail" Azərbaycan Premyer Liqasının 23-cü turunda səfərdə "Neftçi"yə 0:3 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "dənizçilər"in baş məşqçisi Şahin Diniyev jurnalistlərin suallarını cavablandırıb:
- Komandamdan ən çox razı qaldığm oyunlardan biri oldu. Biz 0:3 hesabına layiq deyildik. Hesab oyuna görə olmadı. İki tez verilən penalti komandanı yıxmadı. Futbolçular hücum etmək istədilər. Bizim üçün 0:2 və ya 0:3 hesabının fərqi yox idi. Bu gün "Səbail" ağıllı, dominant futbol oynadı. Kreativlik və keyfiyyət çatmadı. İkinci hissədə 3-4 qol vəziyyətindən istifadə edə bilmədik. Mənim üçün bu gün ən əsas oyundur. Bu gün komandam futbol oynadı. Belə davam etsək, gələcəkdə xal və xalla qazanacağıq.
- Futbolçularının bir neçə real qol epizodunu dəyərləndirə bilmədi. Bu cür danışmaqla onlarda arxayınlıq yartatdığınızı düşünmürsüz?
- Futbolçuların keçmiş oyunları ilə indiki oyunları arasında böyük fərq var. Bu gün keyfiyyəti, kreativliyi qazanmaq üçün çalışırıq. Oyundan-oyuna özünəinam gəldikcə futbolçular epizodlardan istifadə edə biləcəklər. Bu oyunçularla böyük işlər görməyə məcburuq. Hər birinə inanıram. Qol vəziyyətlərini yarada bilirik. Artıq son nöqtəni qoymaq qalır. Hesabı 0:3 görəndə komandanın darmadağın olduğunu düşənmək olar. Ancaq elə deyildi. Hərdən futbolda belə şeylər də olur. Bununla barışmaq lazımdır.
- Qustavo De fransanın əvəzlənməsinin səbəbi nə idi?
- O həftə ərzində zədəyə görə iki məşqi buraxmışdı. İstədik ki, onu oynadaq. Amma 45 dəqiqə meydanda qala bildi. Yükləndikcə zədə ööz sözünü deyirdi. Emlir Tağıyevi isə sırf sarı vərəqəyə görə əvəzlədik.
- "Zirə" ilə matçdan sonra demişdiz ki, çempionatda "Qarabağ", "Sabah" və "Zirə" yaxşı futbol oynayır, "Neftçi" hələ tam formalaşmayıb. Bu matçdan sonra da fikrinizdə qalırsız?
- Bəli. Futbolçuları nəzərdə tutduqda "Neftçi" bizdən 3-4 qat üstün oynamalıdır. Onlar hələ də tam pik formalarına gəlməyiblər. İki penalti olmasaydı, tamam başqa futbol izləyə bilərdik. "Neftçi"nin potensialı böyükdür.
- Əvvəlki mətbuat konranslarının birində demişdiz ki, 9 orta xətt oyunçusu var komandada. Amma daha iki yarımmüdafiəçi transfer etdiniz. Kiminsə əvəzedici komandaya göndərilmək ehtimalı var?
- Xeyr. heç kim əvəzedici heyətə getməyəcək. Hamımız əl-ələ verməliyik. Kimisə cərimələsək, əvəzedici heyətə göndərsək, komandanın içindəki ab-hava öozulacaq. Zədə var, cəza var. Geniş heyət lazımdər. Onu da deyim ki, gələnlərin ikisi də keyfiyyətli futbolçulardır. İkisi də bizə kömək edəcəklər.
- İki penalti oldu. Həmin epizodları necə dəyərləndirirsiz?
- Hələ baxmamışam. Amma VAR sistemi var. Niyə iki penalti verilib deyə şikayət etmirəm. Sadəcə simpatiya daha çox "Neftçi" tərəfdə idi. Böük komandalara simpatiya dünyanın hər yerində olur. Amma ümumiyyətlə yüksək səviyyədə hakimlik oldu.
Elçin Əlixan
saytlarin hazirlanmasi