"Qəbələ"dən "Sumqayıt"a 4 qol - VİDEO

18:54 - 2 Mart 2023

Futbol üzrə Azərbaycan I Divizionunda 19-cu tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, "Qəbələ-2" doğma meydanda "Sumqayıt-2"ni qəbul edib. Qarşılaşma əyalət təmsilçisinin 4:1 hesablı qələbəsiylə başa çatıb.

 

Xallarını 31-ə yüksəldən "Qəbələ-2" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. "Sumqayıt-2" isə 10 xalla sonuncu yerədir.

 

“Qəbələ-2” 4–1 “Sumqayıt-2”
Qollar:
Aqil Nəsibov, 7; Rauf Məhərrəmov, 30; Salman Ələsgərov, 52 (p.); Gülağa Əsədov, 66 - Cavidan Abbaszadə, 83

 

Xəbər xətti